Əlaqə Arxiv
news Image
2021.05.24
21:14
| A A A
Ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 987 min 084-ə çatıb

Mayın 24-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 115 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 22, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 93 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 987 min 084-ə çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 134 min 398, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 852 min 686 nəfərdir.

Sizin Reklam Yeriniz