Əlaqə Arxiv
news Image
2021.06.23
09:19
| A A A
Normal həyata qayıtmaq üçün yeganə yol

COVID-19 xəstəliyinin bir il sonra bütün dünyada hələ də tüğyan etdiyi bir şəraitdə vaksinasiya koronavirusu həmişəlik məğlub etmək və normal həyata qayıtmaq üçün yeganə yoldur.

Ümumiyyətlə, vaksinasiya və xüsusilə də koronavirusa qarşı vaksinasiya epidemiyaya qarşı mübarizənin yeganə etibarlı yoludur. 2018-ci ildə anti-peyvənd aksiyalarının “kollektiv immuniteti” məhv etməsindən sonra Avropada qızılca dalğasının necə yayıldığının şahidi olduq. Kollektiv immunitet dedikdə xəstəliyə qarşı immuniteti olan insanlar nəzərdə tutulur ki, belə insanların əhəmiyyətli sayı bütün cəmiyyətin xəstələnməməsinə imkan verir.Buna görə də, bu gün kollektiv immuniteti əldə etmək, pandemiyanı dayandırmaq, nəhayət karantindən çıxmaq və həyatı normal yaşaya bilmək üçün aktiv şəkildə vaksinasiya olunmalıyıq.

Koronavirusla mübarizədə vaksinasiya əsas rol oynayır. Çünki pandemiya ya çox sayda insanın xəstələnməsindən, səhiyyə sisteminin sadəcə çökməsi və kifayət qədər həkim olmaması səbəbindən xəstələrdən bir çoxunu itirməyimizdən sonra, ya bizim uzun illər boyu karantində qalmağımızdan, yaxud vəziyyətin tez bir zamanda bitməsi üçün cəmiyyətin fəal bir şəkildə vaksinasiya edilməsindən sonra başa çatacaq.Təəssüf ki, bu günə qədər yalnız, təxminən, 400 min nəfər peyvəndin ikinci dozasını alıb. 10 milyonluq əhalisi olan ölkədə kollektiv immunitetə bunun təsiri azdır. Bu siyahıya xəstəlikdən sağalmışları da əlavə edə bilərik, lakin nüfuzlu Qərb mütəxəssislərinin dediyi kimi, xəstəliyə tutulmuş insanın bir daha yoluxmayacağına dair qəti əminlik yoxdur. Buna görə də sağalmışlara etibar etmək olmaz. Bizim hamımız üçün yeganə xilas yolu kollektiv immunitetdir – yəni peyvəndləmə yolu ilə əhalinin ən azı 70%-nin immunitetinin olması.

Prezident İlham Əliyev 2020-ci ilin aprel ayında Nazirliyin iştirakı ilə keçirdiyi iclasda söyləmişdir:”Bizim üçün proritet məsələ,-mən bunu qeyd etmişəm,bir daha demək isteyirəm,-insanların sağlamlığıdır,insalnların heyatıdır,insanların sosial müdafiyəsidir. Uzaq görən bu çevik qərarlar Azəbaycanı dünyada vaksinasiya prosesinə başlayan ölklər sırasında ilk çərçivədə qərarlaşmasına səbəb oldu.Prezident İlham Əliyevin böyük uzaq görənliyi nəticəsində vaksinasiya platformları öz bəhrəsini verir.Yalnız bu işdə əhalinin düzgün istiqamət götürməsi əsəs şərtdir.Kütləvi immunitetin yaranması epidemioloji sabitlik deməkdir.Azərbaycan xalqı pandemiya ilə mübarizədədə Vətən müharibəsindədə biz birlikdə güclüyük düşüncəsi ilə qalib olduq.Vaksinasiya prosesində bu şüar altında birləşsək hamiliqla qorxulu pandemiydan xilas olmuş olarıq.

Dilğüşə Məmmədova

Tarix Diyarşünaslıq muzeyinin elmi işçi

Sizin Reklam Yeriniz