Əlaqə Arxiv
news Image
2017.05.10
20:00
| A A A
Bu test milyonlarla insanı xilas edəcək

Kaliforniya Universitetinin alimləri 10 dəqiqəlik sadə tüpürcək testi ilə xərçəng diaqnostikasında böyük irəliləyiş edib.Xərçəng xəstəliyinin geniş yayıldığını nəzərə alsaq, bu testin milyonlarla insanın həyatını xilas edəcəyi deyilir.Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu testlə 10 dəqiqədə xərçəng diaqnozunu müəyyən etmək mümkündür. Erkən diaqnoz isə bu xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayacaq.Alimlərin inkişaf etdirdiyi tüpürcək testi sayəsində, xüsusilə, ağciyərdə insanı nə kimi təhlükə və hansı xəstəliklərin gözlədiyini müəyyən etmək mümkün olacaq. Alimlər testlə yalnız ağciyər xərçəngini deyil, digər xərçəng növlərinin də erkən diaqnozunun mümkün ola biləcəyini vurğulayıb. Testin qiyməti isə 22 dollar olduğu açıqlanıb.Alimlər bildiriblər ki, tüpürcək testləri bu il ərzində ilk dəfə olaraq Çində tətbiq ediləcək.

Sizin Reklam Yeriniz