Əlaqə Arxiv
news Image
2016.10.12
10:50
| A A A
Səhiyyə Nazirliyi dərman idxalçılarına xəbərdarlıq etdi

Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətləndirilməsi prosesi ilə bağlı keçid dövrü artıq yekunlaşıb.

"Dərman vasitələri haqqında" qanunu və Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli Qərarı ilə təsdiq olunmuş "Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları"na əsasən dərman vasitələrinin istifadəsinə aid təlimat Azərbaycan dilində olmalıdır:

"Bununla əlaqədar olaraq bildiririk ki, 01.01.2017-ci il tarixindən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş formada olan dərman vasitələrinin idxalına icazə verilməyəcək".

Sizin Reklam Yeriniz