Gündəlik ağır iş rejimi ilə işləyən zaman insan acdıqda əlinə nə
düsərsə, onu yeyir. Qızardılmış, ayaqüstü qidalarla uzun müddət
qidalanmanın orqanizmə nə qədər zərərli olduğunu hamımız bilirik.
Bu cür qidalanma həm mədə-bağırsaq sisteminin fəaliyyətinin
pozulmasına, həm də artıq çəkiyə səbəb olur. Bundan xilas olmaq
üçün dietoloqlar bir neçə salat resepti təqdim ediblər. Bu salatlar
oranizmi təmizləməklə yanaşı, çəkinin də azalmasına səbəb olur.
Movqe.az immunitet.az-a istinadən bildirir ki, bu salatların qida
rasionuna daxil etməklə yanaşı, heç bir başqa qida qəbul etmədən
gün boyu yeyə bilərsiniz.
Kələm.
Kələm vitaminlərlə zəngin bir tərəvəzdir. O orqanizmdən artıq suyun
və piylərin xaric olunmasına yardım edir. Kələm tərkibində olan
liflərin sayəsində bağırsağın fəaliyyətini sürətləndirir və
möhtəviyyatın tez xarıc olunmasına yardım edir. Kələm orqanizmdən
şlakların, xolesterolun xaric olmasına səbəb olur.
Yerkökü.
Yerkökü kalsium, fosfor, dəmir, marqanes, K, P, PP və digər
vitaminlərilə zəngindir.Yerkökü bağırsaqların fəaliyyəini də
sürətləndirir və həzmə yardım edir.
Çuğundur.
Çuğundur orqanizmdən artıq piylərin xarıc olmasına ən çox yardım
edən tərəvəzdir. O bağırsağı təmizləməklə yanaşı maddələr
mübadiləsini də sürətləndirir, mədənin motor funksiyasını
normallaşdırır.
Salat №1
Kələm, çuğundur, yerkökü, qara gavalı hərəsindən 300 qram
götürülür, xırda doğranır, 1 limonun şirəsi və bir az duru yağ
əlavə edilib yeyilir.
Salat №2
Çuğundur, yerkökü, alma, hərəsindən 1 ədəd götürülür, 1 limonun
şirəsi üzərinə sıxılır və 1 xörək qaşığı duru yağ əlavə edilir.
Salat №3
Kələm, yerkökü və alma sürtkəcdən keçirilir, üzərinə zeytun yağı
əlavə edilib süfrəyə verilir.
Salat №4
Kələm, yerkökü, çuğundur, alma, dəniz kələmi, qara gavalı xırda
doğranır və üzərinə limon şirəsi sıxılır.
Salat №5
Kələm qaynar suya salınıb 5 dəqiqə pörtlənir. Soyuduqdan sonra
kələm, şirin bibər, pomidor doğranır və üzərinə zeytun yağı əlavə
edilir.
Salat №6
İspanaq, cəfəri, xiyar, pomidor, avokado, kələm eyni ölçüdə
doğranır, üzərinə limon sıxılır və zeytun yağı əlavə edilir.
Salat №7
Pörtlənmiş kələm, təzə kələm, çuğundur xırda doğranır, üzərinə
limon şirəsi sıxılır və zeytun yağı əlavə edilir.