Əlaqə Arxiv
news Image
2016.10.31
20:00
| A A A
Qoz qabığı bu xəstəliklərin düşmənidir

Qoz ləpəsinin orqanizm üçün faydalı olduğu hamıya məlumdur. Amma az adam bilir ki, qozun qabığı, saplağı, yaşıl qabığı, eləcə də pərdəsi müalicəvi xüsusiyyətlərə malikdir. Xalq təbabətində qoz pərdəsini araqla qarışdıraraq ondan dərman kimi istifadə edirlər.

Bu vasitə radikulit, oynaq ağrılarının, baş ağrılarının müalicəsində effektiv təsir göstərir. Qoz pərdəsi yuxusuzluğa da kömək edir. Araqla qoz pərdəsi qarışığının antiseptik xüsusiyyətləri var, ona görə də onu tez-tez kiçik kəsik yaraları dezinfeksiya edilməsi üçün istifadə edirlər.

Movqe.az publika.az-a istinadən bildirir ki, sağlamlıq bölməsi oxucuları qoz pərdəsi ilə araq cövhərinin hazrlanma qaydası ilə tanış edib.
İnqrediyentlər:

2 qoz pərdəsi
Araq (tibbi spirt də istifadə etmək olar)
Hazırlanması:
Qoz pərdələrini tünd rəngli şüşə bankaya tökün, sonra üzərini örtəcək qədər araq əlavə edin. Bankanın qapağını kip bağlayın və qaranlıq yerdə saxlayın. 14 gün ərzində qoz pərdəsinin dəm almasını gözləyin. 2 həftə sonra arağı süzmək lazımdır.
5-6 damcı cövhəri 2 xörək qaşığı qaynanmış su ilə qarışdırıb istifadə edib. Bu cövhərlə müalicə müddəti 3 həftədən 3 aya qədərdir.

Faydaları
Oynaq ağrılarına və radikulit ağrılarına üstən kompress qoyulur.
Şəkərli diabetə
Zoba
Yaddaşın zəifləməsinə
Baş ağrıları
Əsəb gərginlliyi
Uşaqlığın fibromioması
Mastopatoya
Zərərləri
Faydalı xassələrinə baxmayaraq, cövhər, psoriaz, mədə xorası, bağırsaq xəstəlikləri zamanı bu məhluldan istifadə zərərlidi

Sizin Reklam Yeriniz