Quş qripindən iki nəfər öldü
Çinin Anhoy əyalətində son iki həftə ərzində H7N9 quş qripindən iki nəfər həyatını itirib.
Movqe.az xəbər verir ki, bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
Məlumatlara görə, dekabrın 8-dən bölgədə 5 nəfərin quş qripinə yoluxması faktı aşkar edilib. Yoluxanlardan iki nəfər ölüb. Digər 3 nəfərin vəziyyəti barədə məlumat verilməyib.
İlk dəfə Çində H7N9 virisundan ölüm faktı 2013-cü ilin martında qeydə alınıb.