Əlaqə Arxiv
news Image
2018.10.31
14:00
| A A A
Xərçən haqqında DƏHŞƏTLİ FAKTLAR

Əgər diaqnoz erkən qoyularsa, xərçəng xəstəliyi daha asanlıqla müalicə olunur və sağalmaq şansları xeyli artır. Elə bu səbəbdən də xərçəngin bəzi əlamətləri və simptomları haqqında xəbərdar olmaq lazımdır.
Prostat xərçəngi, ağciyər, böyrək, sidik kisəsi və yoğun bağırsaq, mədəaltı vəzi, həmçinin melanoma, leykoz və süd vəzi xərçəngi də daxil olmaqla, xərçəngin 200-dən çox müxtəlif növü var.

Movqe.az bu yazıda oxucuları xərçəngin bilinməyən əlamətləri ilə tanış edib.
Qəfil çəki itirilməsi
Ağciyər xərçəngi, süd vəzisi xərçəngi kimi böyük şişlər olduqda çəkidə qəfil itki hiss edilə bilər. Bu, onunla bağlıdır ki, xərçəng qaraciyərə çatanda iştaha nəzarət edir və onun funksiyasını zəiflədir. Bundan başqa, qəfil çəki itkisi yoğun bağırsaq xərçəngindən də ola bilər. Qeyd edək ki, xərçəng xəstələrinin 40% -i diaqnostika zamanı və ya əvvəlcədən çəkisi birdən-birə aşağı düşür. Xəstələrin 80% -i sonrakı mərhələlərdə qəfildən arıqlayır.
Təngnəfəslik
Təngnəfəslik simptomları müxtəlif vəziyyətlərdən, o cümlədən ağciyər şişi ilə bağlı ola bilər. Ağciyər xərçəngində şiş nəfəs yollarını daraldır, bu da xırıltıya səbəb olur.
Daimi infeksiya və ya qızdırma
Qızdırma infeksiyaya səbəb ola bilər, amma davamlı qızdırma xərçəngin əlaməti hesab edilir.
Sinədə ağrı və daimi öskürək
Öskürək və bronxit leykemiya və ya ağciyər xərçənginin əlamətləri ola bilər. İnsanın sinəsində hiss edilən ağrı zamanla artacaq, çiyninə və ələ də yayılacaq. Bundan başqa, əgər siz daimi öskürəkdən əziyyət çəkirsinizsə, səsiniz xırıltılıdırsa və siz siqaret çəkmirsinizsə, dərhal həkimə müraciət edin. Bu, qalxanabənzər və ya qırtlaq vəzi xərçəngi, yaxud da qida borusu və ağciyər xərçənginin də əlamətləri ola bilər.
Yorğunluq və zəiflik
Əgər süstlük və yorğunluq yaxşı yuxudan və istirahətdən sonra da azalmırsa, həkimə gedin.
Anomal qanaxmanı
Stulda qan bağırsaq xərçənginin əlaməti, sidikdə qan isə sidik infeksiyasının əlaməti ola bilər. Bundan başqa, qanaxma və ya menstruasiya mərhələsi arasında qanaxmalar endometrioz və uşaqlıq xərçəngini nəticəsində yarana bilər. Mədə-bağırsaq xərçəngi də qanaxmaya səbəb ola bilər. Leykemiya xəstəliyində insan bədənində hədsiz-hesabsız qançırlar və qanaxma ola bilər, qanqusma isə qida borusu xərçənginin əlamətidir.
Bağırsaq problemi
Bağırsağın fəaliyyətində dəyişiklik xüsusilə yaşlılarda müşahidə olunur, bir aydan daha çox davam edərsə, bağırsaq xərçəngin simptomları sayılır.
Qeyri-adi kütlə və ya kiçik şiş
Siz bədənin müxtəlif hissələrində, xüsusilə də qarın, boyun, döş, qoltuqlarda, qasıqda, xayalarda 3 həftədən artıq kiçik şiş və ya qeyri-adi kütlə görmüsünüzsə, deməli, həyəcan təbili yaxınlaşır. Bundan başqa, süd vəzisi xərçəngində balaca, kiçik şiş, qızartı və ya süstlük halları müşahidə olunur.
Udma problemi
Boğaz və qida borusu xərçəngində insan udmaqla problemlər yaşaya bilər və ya yeməyin boğazında və ya sinəsində qaldığını hiss edə bilər. Bu da uzun müddət şiddətli ağırılara səbəb olur. Bundan başqa, boğazda ağrı və udma problemi boğaz xərçənginin əlamətlərinə aiddir.
Çanaq və ya qarın ağrısı
Qarnının aşağı hissəsində ağrı və ya kiçik çanaq sahəsində ağırlar varsa, bu, yumurtalıq xərçənginin simptomları ola bilər.(Publika.az)

Sizin Reklam Yeriniz