Əlaqə Arxiv
news Image
2017.04.14
20:00
| A A A
Misvak haqqında bilməyiniz lazım olanlar

Ağız və diş sağlamlığı üçün həkimlərin tövsiyə etdiyi və Peyğəmbərimiz (s) tərəfindən tövsiyə olunan misvak haqqında bəzi faydalı məlumatları topladıq.

Movqe.az deyerler.org-a istinadən bildirir ki, misvak ağacı duzlu torpaqları sevdiyi üçün Asiya və Afrikada bitir. Səudiyyə Ərəbistanında ərak ağacı kimi tanınan misvak ağacının dinimizdə mühüm bir yeri vardır. Misvak gözəl qoxuya malik, meyvəsi yeyilə bilən bir bitki növüdür. Misvak ağacının diş fırçası kimi istifadə edilən budağından diş məcunları istehsal olunur. İçərisində olan kalsium oksalat, tanin, kükürd, saponin, silisium və mineral duzlar misvak ağacının bu sahədə istifadə edilməsinə imkan yaratmışdır.
 
Misvakın bu qədər vacib olmasındakı amil isə diş fırçasının təsir edə bilmədiyi bakteriya ərplərinə təsir etməsindən irəli gəlir.
Misvak tüpürcəklə birləşəndə dişləri təmizləməyə yardımçı olan bir maye ifraz edir. İncə lifləri ilə özünə xas bir qoxu yayır.
Misvak seçəndə, xüsusilə quru olmasına diqqət etmək lazımdır. İdeal misvak həm çevik, həm də dırnaqla soyula bilən formada olmalıdır.
Misvakın ucundan bir santimetr qədər qabığı kəsici bir alətin köməyi ilə yavaş-yavaş soyun. Soyandan sonra lif hissəsini görə bilərsiniz.
 
İnsan misvakı istifadə etmədən əvvəl bir gecə suda saxlamağın lazım olduğunu deyirlər, amma misvakınız kifayət qədər yumşaqlıqdadırsa, buna ehtiyac yoxdur.
Misvakınızın hazırlıq mərhələsi bu şəkildə başa çatmış olur. Amma misvaqın istifadəsi forması çox mühümdür.
Misvaqı eninə sürtərək istifadə edin. Diş fırçaları kimi yuxarıdan aşağı şəkildə istifadə edilməməlidir

Sizin Reklam Yeriniz