Əlaqə Arxiv
news Image
2013.02.12
15:11
| A A A
Leonardo Di Kaprionun yeni sevgilisi
Movqe.az xəbər verir ki, Leonardo Di Kaprio daha bir sarışın gözəllə görüntülənib. Yaraşıqlı aktyor Leonardo Di Kaprionun son sevgilisi Alban əslli sarışın gözəl Aferdita Dreshaj olub. Sarışın gözəllərdən imtina edə bilməyən məşhur aktyor Viktoria Sekret mələklərindən Bar Refaeli, Erin Heatherton Gisele Bundchen ilə münasibətdə olmuşdu. Güclü bir məhəbbət yaşadığı İsrail əsilli Viktoria Sekret modeli Bar Refaelidən ayrıldıqdan sonra sevgidə heç cür bəxti gətirməyən Leonardo qəlbini "Gossip girl" serialının ulduzu Blake Livelyə vermişdi. Di Kaprio son olaraq könlünü sarışın gözəl Aferdita Dreshaja bağlayıb. "Django Unchained" filmindən sonra kinoya müəyyən bir zaman ara verəcəyini açıqlayan aktyor tətil üçün Miamiyə gedib. Miamidə bir otel otağında yeni sevgilisi ilə görüntülənən Leonardo paparazilərdən belə çəkinmədən yeni sevgilisiylə eyvanda vaxtını xoş keçirib.
Sizin Reklam Yeriniz