Dünyanın ən seksual qadını seçilən aktrisa Mila Kunis nəhayət üsyan etdi.Movqe.az bildirir ki, təxminən bir ildir özü kimi aktyor olan Aşton Kutcher ilə münasibətdə olan Kunis artıq sevgilisi haqqında sual eşitmək istəmədiyini söyləyib. İngilis qəzetlərindən "The Daily Mail"saytında verilən xəbərə görə Kunis, Allure jurnalına nostaljik pozalar vermək üçün obyektiv qarşısına keçib. Sualları da cavablayan Kunis, jurnalistlərin hər zaman özü haqqında reportaj etmək istədiklərini söylədiyini lakin soruşulan sualların həmişə məşhur yoldaşları və ya sevgilisi Aşton Kutcher ilə bağlı olduğunu deyib. Kunis, "Çılpaq olmaq məni xoşbəxt edir. Bircə məndən Aşton haqqında heç nə soruşmayın "deyib. "Evdə Tək" filmi ilə tanınan Makaulay Kulkin ilə 8 il davam edən münasibət yaşayan aktrisa, bir müddətdir aktyor Aşton Kutcher ilə münasibətdədir.