Əlaqə Arxiv
news Image
2012.04.25
15:32
| A A A
Ədalət Şükürovdan daha bir yenilik – FOTO
Əməkdar artist ABŞ-da konsert proqramı ilə çıxış edəcək

Əməkdar artist, müğənni Ədalət Şükürov Türkiyənin məşhur mərhum sənətçisi Barış Mançonun repertuarına müraciət edib. Bu barədə Movqe.Az xəbər portalına əməkdar artist özü məlumat verib. Ə.Şükürov bildirib ki, tək B.Mançonun ifa etdiyi "Unutma ki, dünya fani!" mahnısı deyil, rus dilində də mahnılar oxuyub. Ümumiyyətlə, Ə.Şükürov yaradıcılığı haqqında danışıb: "Hazırda Barış Mançonun repertuarında olan "Unutma ki, dünya fani!" mahnısını skripkçı Səlim Abbasov ilə yeni aranjemanda hazırlamışıq. Rus dilində mahnılar daha çoxdur ki, həmin mahnıların da üzərində çalışıram. Rus dilində mahnıların çox olmasının səbəbi isə tez-tez Rusiyaya səfərlərim ilə bağlıdır. Öz bəstəm "Yaşa, sevgim" adlı yeni mahnı da var ki, onu da ifa etmişəm. Bundan başqa, dostum Nurlanın bəstəsini oxumuşam, hazırdı. Mahnıda "Çətirini götür, Bakıya yağış yağacaq" bu sözlərdən istifadə olunub", - əməkdar artist dedi.

Əmək artistdən onu da öyrəndik ki, ifa etdiyi yeni mahnılardan ibarət albom çıxarmayacaq. Yalnız mp3 formatda CD disk olacaq. Ə.Şükürovun bir çox mahnıları həmin diskə daxil olacaq.

Ə.Şükürov onu da qeyd etdi ki, hazırda Azərbaycanda solo-konsert proqramı ilə çıxış etmək fikiri yoxdur. O, yay fəsilində xarici ölkələrdə konsert proqramları ilə çıxış edəcəyini dedi: "Hazırda Azərbaycanda solo-konsert vermək fikirim yoxdur. Amma Rusiyada (Moskvada), İsraildə və bu ilin iyun ayında da ABŞ-da konsert proqramı ilə çıxış edəcəyəm".

Fuad Mədətov

Movqe.Az





Sizin Reklam Yeriniz