Xərçəng diaqnozu qoyulan Hülyadan xəbər var
Ağciyər xərçəngi diaqnozu qoyulan "Yeşilçam" ulduzu Hülya Koçiyitdən xəbər var.
Movqe.az axşam.az-a istinadən bildirir ki, Amerikanın Nyu-York şəhərində xəstəxanaya yerləşdirilən aktrisanın əməliyyatı bitib. Səhhətinin normal olduğu deyilən Koçiyit reanimasiyadadır.
Xatırladaq ki, Hülya əməliyyatdan öncə sevənlərindən onun üçün dua etmələrini istəmişdi.