Əlaqə Arxiv
news Image
2017.06.02
16:10
| A A A
“Maşın şou”da böyük fırıldaq - Səslər belə saxtalaşdırıldı - FotoFakt

Xəbər verdiyimiz kimi, ötən gün əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu “Maşın şou”nun daha bir buraxılışı baş tutub. C.Rəcəbov səs toplayacağı təqdirdə rejissor Kənan Mahmudovu yarışmadan uzaqlaşdıracağını deyib. Verilişin bitməyinə bir neçə dəqiqə qalmış Cavad Rəcəbov səsvermə nəticəsində 35,71 faiz səs-qalsın, 65,29 faiz səs “getsin”ə toplayıb. Bu səs faizlərini topladıqda isə 101 faiz olması nəzərdən qaçmayıb.

 

Movqe.az xəbər verir ki, A24.Azbu hadisə haqqında Murad Dadaşova zəng edib, lakin şoumen telefona cavab verməyib. Saytın suallarını Prodüseri Pərvin Sevdimalı cavablandırıb. “Görəcəyimiz işlər həddindən artıq çox ağır və məsuliyyətlidir. Hər bir yayımda texniki qüsurlar ola bilər. Təbii ki, bu bizdən də yan keçmədi. Adımıza bəzi ittihamlar səslənsə də, bu sadəcə olaraq texniki səhvlə bağlıdır. Buna görə də, tamaşaçılardan yanlış anlaşılmaya görə, üzr istəyirik”.

 

 

Xatırladaq ki, müğənni Elton Hüseynəliyev sosial şəbəkədəki səhifəsində status yazaraq bildirib ki, bu müsabiqə quramadır. Hətta o, veriliş bitməmiş “Maşın şou” da nələr yaşanacağını dəqiq söyləyib: “Yenə gözəl oyun. İslam da qalacaq, Azər də. Sadəcə bu günü də yola vermək lazımdır. Bu gün 1 nəfər əlini çəkəcək”. Bu haqda da Murad Dadaşovun köməkçisi öz münasibətini bildirib: “Deyirlər, pişiyin ağzı ətə çatmayanda deyir iylənib. Nə deyir desin, inanın, bu bizim vecimizə də deyil”.

 

Sizin Reklam Yeriniz