Əlaqə Arxiv
news Image
2017.06.07
10:59
| A A A
"Həyatda gücümü Muraddan alıram" - Aslı Enver

Müğənni Murad Bozla yenicə barışan aktrisa Aslı Enver “Elele” jurnalına müsahibə verib. 

Movqe.az-ın  axşam.az-a istinadən  məlumatına görə, aktrisa sevgilisi ilə barışdıqdan sonra ilk dəfə ona olan duyğularından danışıb: 

“Muradı tanıdıqca daha çox sevirəm. Romantik, zarafatcıl, qoruyucu və reallıqla yaşayan biridir. Bu xüsusiyyətləri yalnız mənim üçün deyil, ailəsi və sevdikləri üçün də keçərlidir. Ağlına güvəndiyim, danışmaqdan zövq aldığım və həyatımda həmişə olmasını istədiyim bir insandır. Həyatda mənə güc verən şeylərin başında ailəm və Murad gəlir. Gücümü onlardan alıram. Onlar hər zaman çoxlu dəstək gördüyüm, çox şeyi paylaşa bildiyim, özümü rahat ifadə etdiyim və məni başa düşən insanlardır. Bu səbəbdən çox şanslı olduğumu düşünürəm”. 

Sizin Reklam Yeriniz