Əlaqə Arxiv
news Image
2017.06.12
14:14
| A A A
"Niyə yediyin kababın şəklini paylaşırsan?" - Nadirdən həmkarlarına

Müğənni Nadir Qafarzadə qalmaqallı açıqlama verib. 

Movqe.az-ın məlumatına görə, sənətçi "10-dan sonra" verilişində həmkarlarını yalan danışmaqda günahlandırıb:
 
"Bir toya gedir, oradan müxtəlif görüntülər çəkirlər. Həmin fraqmenti müxtəlif rakurslardan bir həftə səhifəyə qoyurlar. Guya başqa-başqa şadlıq evlərindədirlər. Çıxıb dəhlizdə şəkil çəkdirirlər. Elə olur, bir toyda 3 dəfə paltarını dəyişir ki, İnstaqramda 3 gün paylaşsın. Kişilər pencəyini dəyişirlər, oldu başqa toy. Toy var indi? Məclisi olan heç vaxt özünü reklam etmir". 

Nadir sosial şəbəkədə yemək fotosu paylaşanları da qınayıb:

"Manqal qalamısan, kabab yeyirsən, ye də. Kabab yoxdur heç yerdə? Bunu camaata niyə göstərirsən? 5 aydan bir əlinə ət düşüb, onu çəkib göstərir. Camaat gündə qızıl, brilyant yeyir, onu göstərmir. Elə insanlar var ki, ona pul birdən gəlir və çaşır, sağını-solunu görmür. Elə bil ki, dünyada bircə budur".

axşam.az

Sizin Reklam Yeriniz