Əlaqə Arxiv
news Image
2017.06.12
14:52
| A A A
“Fəlakət” “Bozbaş Pictures”dən ayrılır? – Açıqlama

ATV telekanalında yayımlanan “Bozbaş Pictures” komandasının siması,  “Fəlakət” obrazı ilə tanınan Elşən Orucovun komandadan ayrılması haqda fikirlər səsləndirilir. Movqe.az xəbər verir ki, bu barədə komandanın üzvü, aparıcı İlkin Həsəni a24.az-a açıqlama verib:

“Bu gəzən söz-söhbətləri mən də eşitmişəm. Bunlar ancaq haqqımızda yayılan şayələrdən biridir. İzləyicilərimizin buna inanmasını istəməzdim. Elşən Orucov yenə də aramızdadır. Hələ qarşıda onunla görəcəyimiz çox uğurlu layihələrimiz var”.

Aparıcı komandanın digər üzvlərinin toya getməməsi səbəbini də açıqlayıb. O, bildirib ki, komandanın digər üzvlərinin toya getmə qadağası haqqında deyilən fikirlər də yalandır. Sadəcə onların arasında aparıcılıq qabiliyyəti yalnız məndə var.

Sizin Reklam Yeriniz