Əlaqə Arxiv
news Image
2017.06.13
15:27
| A A A
Məhəbbət Kazımovun oğlu kövrəldi: ”Atamla Könül Kərimova..."– Açıqlama

Əməkdar artist Məhəbbət Kazımovun oğlu dünyasını dəyişən atasından danışıb.

Movqe.az A24.az-a istinadən bildirir ki, əməkdar artistin oğlu Rəşid atası dünyasını dəyişəndən sonra onun üçün darıxdığını, bəzi sənətçilərin onu unudub yad etmədiyini söyləyib:

“ Mən bu məsələyə ikitərəfli yanaşacam. Atamı itirəndən sonra çiyinlərimdə olan məsuliyyəti artıq hiss etməyə başladım. 23 yaşım var. Heç bir zaman arzu etməmişəm ki, vaxtilə atamın kömək etdiyi insanlar dəstək olsun. Mənə atama görə qoyulan məcburi dəstək lazım deyil. Həyatın qanunlarından biridir ki, bir insanı sağlığında axtarırlar. Dünyasını dəyişəndən sonra həmin insanı yad edənlərin sayı olduqca az olur. Atamın bəzi ifaçılara sənətə gəlməkdə olan dəstəyi danılmazdır. Məhəbbət Kazımov özü bina evində qalsa da, onun sayəsində indi kimlərsə, villalarda yaşayır.  Hazırda onun “Laçınım” ifası dillər əzbəridir. Bunu deyə bilərəm ki, heç kim Məhəbbət Kazımov ola bilməz.”.

Sənətçinin oğlu həmçinin atası ilə müğənni Könül Kərimova arasında olan münasibətləri haqqında söhbət açıb:

“ Atamın dünyasını dəyişəndən sonra bizim evə gələn, onu yad edən insanlardan biri də Könül Kərimovadır. Onlar haqqında bəzi fikirlər səslənsə də mən yalnız bunu deyə bilərəm ki, onlar sadəcə sənət dostları olub. Sadəcə bəzi məsələlərə görə bir-birlərindən ayrıldılar. Mənim Könül xanıma olan hörmətim böyükdür”.

Qeyd edək ki, əməkdar artist Məhəbbət Kazımov 27 yanvar 2014-cü ildə dünyasını dəyişib.

Sizin Reklam Yeriniz