Əlaqə Arxiv
news Image
2017.06.15
16:44
| A A A
"Maşın" şounun qalibi İslam oldu?

Mayn 28-dən yayımlanan "Maşın" realiti-şousu başa çatıb. 

Movqe.az-ın axşam.az-a istinadən  məlumatına görə, finala aktyorlar İslam Mehrəliyev, Elcan Rəsulov, rəqqasə Oksana Rəsulova qalmışdı. O.Rəsulova üçlük arasında oyunu ilk tərk edən olub. 

Ötən gün isə şounun aparıcısı, əməkdar artist Murad Dadaşov artıq qalibin bəlli olduğunu deyib. Maşının sahibinin adı isə açıqlanmayıb. Şoumen bu gün yayımlanacaq bölümdə qalibin kim olduğunu deyəcəyini bildirib. 

Amma sosial şəbkəd bir çoxları artıq İslamı təbrik etməyə başlayıblar. 

ATV-nin aparıcısı Fərid Rəsulov İslamın şəklini paylaşaraq "Təbriklər, çox sevindim. Salamat sür" şərhini yazıb.

Daha sonra isə idmançı Kamil Zeynallı "İslam maşını apardı. Təbriklər qardaş, sevindim" deyə, paylaşım edib. 



Sizin Reklam Yeriniz