Beren Saatin yeni serialı bəlli oldu
Türkiyənin məşhur aktrisası Beren Saat yeni serialla ekranlara qayıdır.
Movqe.az türk mətbuatına istinadən xəbər verir ki, Berenin çəkiləcəyi yeni serialının adı “Gazino”dur. Serial 1960-cı illəri canlandıracaq və hələlik, hansı kanalda yaymlanacağı məlum deyil.
Qeyd edək ki, Beren Saat ən son “Muhteşem Yüzyıl” serialında çəkilib.