Hər zaman
incə və zərif
görünən 4 uşaq
anası Viktoriya Bekhemin
da sirləri var. Movqe.az bu
sirləri sizlərə təqdim edir:
Başdan ayağa qara
rəng
Qara yalnız kök insanıları
deyil; zəif insanları
da olduqlarından daha
arıq kimi görünmələrinə
kömək edir. Viktoriya
Bekhem də başdan
ayağa qara geyinərək
daha zəif görünməyi
bacarır.
Böyük
eynəklər
Üzünüzə çox böyük
bir eynək taxdığınız
anda, avtomatik olaraq
üzünüz olduğundan daha
kiçik görünər. Bekhem
də bu taktikanı
istifadə edir və daha
da zəif görünür.
Bol
pencək
Üstünüzdə bir neçə bədən
böyükmüş kimi görünən
pencəklər, çox zəif
olduğunuz hissini
yaradır.
Dalğalı saçlar
20 yaşlarında qısa
saçlarıyla diqqət çəkən
Bekhem, yaşı artdıqca
saçlarını uzatdı və
dalğalı etdi.
Dalğalı saçlar,
Beckhemin
daha da görünməsini
təmin edir.
Viktoriya Bekhem
Viktoriya Bekhem 1974-cü il aprelin 17-də İngiltərədə anadan olub. Kifayət qədər imkanlı ailədə böyüyüb. İlk əvvəl teatr məktəbində, daha sonra Leyn Arts teatr kollecində təhsil alıb. Oxuduğu illərdə hobbisi rəqs idi. Model kimi işləyirdi. Qəzetdə oxuduğu elan bütün həyatını dəyişdi. Pop qrupun yaradılması məqsədilə oxumağı, oynamağı bacaran 5 qız tələb olunurdu. "Spice girls" qrupu onun həyatında silinməz izlər buraxdı.
2000-ci ildə qrupun qızları solo layihələr üzərində işləməyi qərara aldılar. 1999-cu ilin iyulunda Viktoriya Devid Bekhemlə ailə həyatı qurur. Üç övladları var: Bruklin, Romeo və Kruz.