Əlaqə Arxiv
news Image
2013.02.24
16:48
| A A A
Ən "pislər" məlum oldu
Movqe.az xəbər verir ki, Hər il Oskar mükafat mərasimindən bir gecə əvvəl təşkil edilən "Hollywood"un ən "pislərinin" seçildiyi Qızıl Moruq (Razzies) mükafatları sahiblərinə çatıb. 11 nominasiyada namizədliyi olan, 829 milyon dollar hasilatlı "The Twilight Saga - Breaking Dawn Part 2" (Alacakaranlık Efsanesi - Şəfəq Vaxtı 2. Bölüm) filmi cəmi 7 nominasiyada ilk sıranı alıb. Filmin baş rol aktyorlarından Kristen Styuart "Ən Pis Qadın Aktrisa" mükafatını alıb, film "Ən Pis Film", "Ən Pis Aktyor Cütlük" (Taylor Lauther-Makenzie Foy), "Ən Pis Fantastika", "Ən Pis Rejissor", "Ən Pis seriya "nominasiyalarında da rəqiblərini geridə qoyub. Adam Sandler "That 's my boy" (Atasının oğlu) filmindəki rolu ilə "Ən Pis Kişi Aktyor" Rihanna isə "Battleship" filmindəki performansıyla "Ən Pis Köməkçi Qadın Aktrisa" seçilib. Mükafata layiq görülən adlardan heç biri mərasimə qatılaraq "Moruq Mükafatı" almayıb
Sizin Reklam Yeriniz