Əlaqə Arxiv
news Image
2017.08.07
20:30
| A A A
10 il əvvəl ölən müğənninin evini soydular

10 il əvvəl Bodrumda 28 yaşını qeyd etdikdən sonra avtomobil qəzası keçirən və dünyasını dəyişən müğənni Barış Akarsunun ailəsinin başına iş gəlib. 

Movqe.az axşam.az-a istinadən bildirir ki, ifaçının Bodrumda qaldığı və hazırda muzeyinə çevrildiyi evi soyulub. Oğrular müğənninin aksesuarlarını və mükafatalarını ələ keçiriblər. Barışın anası Hatice Akarsu başına gələnləri göz yaşları içində danışıb: 

"Çərşənbə günü kəndə getdim. Evə gələndə şoka düşdüm. Qapının kilidi qırılmış, ev darmadağın edilmişdi. Oğlumun aksesuarları, ayətəl-kürsi yazılmış klonu, istifadə etdiyi bütün aksesuarları oğurlanmışdı. Oğlum rəhmətə gedəndən sonra onun üzüyünü özəl günlərdə mən taxırdım. Onun otağındakı şəxsi əşyalara qədər, hamısını aparıblar. Oğlumun bütün xatirələrini oğurlayıblar. Mən onlarla ayaq üstə qalırdım, onlarla ovunurdum. Apardıqları onların heç bir işinə yaramaz, geri gətirsinlər...".

Sizin Reklam Yeriniz