Röyanın son klipinin ilk görüntüləri – EKSKLÜZİV – FOTO
Klip Türkiyədə təxminən 80 min manata çəkilib
Movqe.Az xəbər verir ki, Azərbaycan şou-biznesinin məşhur
siması, müğənni Röya Ayxanın eksklüziv gürüntüləri röyasevərlərin
ürəyincə olacaq. Belə ki, bu yaxınlarda Türkiyədə olan Röya yeni
ifa etdiyi "Unutmaq istədim" adlı mahnısına klip çəkdirib. Klipinin
foto görüntülərini ilk dəfə yayımlayırıq.

Nəzərinizə çatdıraq ki, "Unutmaq istədim" adlı mahnının sözləri Cavid Qurbanovun, musiqisi Nailə Mirməmmədliyə məxsusdur.
Qeyd edək ki, klip Türkiyədə təxminən 80 min manata çəkilib.
Fuad Mədətov
Movqe.Az