Əlaqə Arxiv
news Image
2013.03.13
10:54
| A A A
İradə İbrahimova İstanbuldan virtual müsahibə verdi

Müğənni İradə İbrahimova son aylar Bakıya tez-tez gələ bilmir. Bu, onun Türkiyədəki musiqi şirkəti ilə müqavilə əsasında əməkdaşlığını davam etdirməsi ilə bağlıdır. Movqe.az-ın məlumatına görə, bu günlərdə "Plyus-minus" verilişinin suallarını virtual aləmdən cavablandıran sənətçi fikirlərini genış publika üçün bölüşüb. Qeyd edək ki, sənətçi bu səpkidə müsahibəni ilk dəfə verib.


Əvvəlcə sənətçi Türkiyədə məşhurlaşmaq istəyən həmkarlarından söz açıb: "Bizim sənətçilərin Türkiyə şou-biznesinə can atması normaldır. Burada müxtəlif dillərdə danışan insanlar yaşayır. Bizim dil daha asan başa düşüləndir. Bizi sevirlər və qəbul edirlər". 


Seçim qarşısında qalarsa, sənətçi hələ ki, tərəddüd etmədən öz şou-biznesimizin üzərində dayanacağını deyir.


İradə xanım son bir neçə ayda sosial şəbəkələrdən aktiv istifadə etməyə başladığını deyib. O, daha çox İnstagram səhifəsində özünün və ailəsinin fotolarını yayımlayır. Nəzərə inanan İradə, "hər bir ana övladı üçün narahatdı, üzərində diqqət olanda nəzərə gələcəyindən ehtiyat edir. Mənim virtual dostlarım hər sözünün əvvəlində "Maşallah", "Allah qorusun" kimi ifadələr işlədirlər. Onların səmimiyyəti ailə fotolarımı onlarla paylaşmağıma imkan verir, – deyə bildirib. 


Sizin Reklam Yeriniz