Əlaqə Arxiv
news Image
2013.03.13
16:42
| A A A
Məşhur müğənni Beyons imicini dəyişdi

Qısa müddət əvvəl "Pepsi" ilə razılaşan Beyons, markanın reklam kampaniyalarından sonra, indi də dünya turuna çıxmağa hazırlaşır. Movqe.Az ingilis qəzetlərindən "The Sun"a istinadən bildirir ki, Beyonsun "Mrs Carter World Tour" adıyla təşkil ediləcək turu böyük səsə səbəb olacaq. Turun afişalarında yeni imicini nümayiş etdirən müğənni platin sarısı saçları ilə diqqətləri çəkir. "Mrs Carter" adı isə 31 yaşındakı müğənninin repçi həyat yoldaşı Cey-Zinin əsl adının Shaun Karter olması ilə bağlıdır. Müğənninin dünya turu 15 apreldə Serbiyanın Belqrad şəhərində verəcəyi ilk konsert ilə başlayacaq.

Sizin Reklam Yeriniz