Əlaqə Arxiv
news Image
2017.12.06
17:39
| A A A
Bakıda elektrik qatarları ilə bağlı YENİ XƏBƏR

Bakıətrafı qəsəbələrə elektrik qatarlarının bərpa edilməsi istiqamətində işlər aparılır.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, Abşeron və şəhərətrafı qəsəbələrə gedən elektrik qatarlarının reysləri bərpa olunur. Məlumat verən mənbənin sözlərinə görə, elektrik qatarlarının reysləri köhnəlmişdi:

"Həmin reyslər dəyişdirilir, bərpa olunur. Dəqiq vaxt söyləmək mümkün olmasa da, yaxın gələcəkdə eletrik qatarlarının işə düşməsi gözlənilir".

Qeyd edək ki, Milli Məclisin noyabrın 22-də keçirilən iclasında deputat Çingiz Qənizadə Bakıda tıxacların aradan qaldırılması üçün elektrik qatarlarının bərpa edilməsinin vacibliyini qeyd edib. Deputat bildirib ki, elektrik qatarlarının bərpası həm də ekoloji durumun yaxşılaşmasına səbəb olacaq. Ç.Qənizadə hesab edir ki, elektrik qatarlarının bərpası turizmin inkişafına da müsbət təsir göstərə bilər.

Sizin Reklam Yeriniz