Miranda Ker qəzaya uğrayıb
Movqe.az xəbər verir ki, məşhur
model Miranda Ker
ABŞ-ın Los Anceles
şəhərində yol qəzası
keçirib. Qəzadan
sonra boynundan yaralanan
Kerin sağlamlıq vəziyyətinin
ciddi olmadığını ifadə
edən rəsmilər məşhur
modelin boynuna sarğı qoyublar.
Miranda Kerin meneceri Anni Keli modelin sağlamlıq
vəziyyətinin yaxşı olduğunu, bu xəbərin onları
sevindirdiyini, xoşbəxtlikdən oğlunun onunla bərabər olmadığını
söyləyib.