Əlaqə Arxiv
news Image
2017.12.19
12:36
| A A A
Günel İbrahimlə barışmaq istəyir - "Sənə minnət borcluyam"

Türkiyədə "Azəri qızı Günel" olaraq ulduzu parlayan müğənni Günel Zeynalova İbrahim Tatlıseslə barışmaq istəyir.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl müğənnidən incidiyini deyən Günel İnstaqram-da barışıq addımı atıb. 

O, İ.Tatlısesin görüntülərini paylaşaraq sənətçiyə minnətdarlığını bildirib:

"İnciklik keçib gedəcək, amma ata-qız arasında küsülülük olmaz. İmperator, sənə minnət borcluyam. Məni 1998-ci ildə Türkiyə tanıdı. Sənin sayəndə! Səsin üçün darıxdıq. Nəfəs almağın belə bizə bəsdi. Sən həmişə yaxşı ol, başımızın üstündən əksik olma. Səni dinləyərək bilmədiklərimizi öyrənirik. İncisək də, səbəbsiz olsa da, haqqımda gözəl şeylər söylədiyin üçün kölgən belə bəsdi. Səni sevirəm". 

 

Qeyd edək ki, Günellə Tatlıses arasında mahnsı üstündə inciklik yaranmışdı. Bu barədə Günel Türkiyə KİV-lərinə açıqlamasında bildirmişdi:

"İbrahim bəy atam kimidir. Amma ona çox qırılmışam. Ondan bir mahnı istədim, vermədi. Amma əvvəlcə təklifimə "hə" demişdi. Bir müddət sonra köməkçisindən xəbər yolladı, oxumağıma icazə vermədi. Mən də oxudum. Hətta Yıldız Tilbedən mahnı istədim. Məndən heç bir qəpik də pul istəmədi, bəstələrindən birini verdi". 

Sizin Reklam Yeriniz