Əlaqə Arxiv
news Image
2017.12.29
15:29
| A A A
"Bakcell" Yeni İl ərəfəsində “ASAN Məktub”la uşaqların arzularını reallaşdırır

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti Yeni il ərəfəsində “ASAN Könüllüləri” təşkilatının “ASAN Məktub” layihəsinə qatılıb.

Şirkətdən Movqe.az-a  verilən məlumata görə, layihə çərçivəsində Təhsil Nazirliyi və “ASAN Xidmət”in birgə təşəbbüsü olan “Məktəblinin dostu” layihəsinin də tərəfdaşlığı ilə aksiya təşkil olunmuşdur. Aksiyanın əsas məqsədi bayram ərəfəsində uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır.

Bu münasibətlə Bakcell şirkətinin nümayəndələri və ASAN Könüllülərinin iştirakı ilə 50 uşağa məktəb çantası və digər məktəb ləvazimatları hədiyyə edilib.

Bakcell artıq 2 ildən çoxdur ki “Uşaqlara ASAN sevgi” şüarı altında həssas qruplara aid uşaqlara sevinc bəxş etmək məqsədilə həyata keçirilən “ASAN Məktub” layihəsinə dəstək göstərir. Uşaqların saf arzularını reallığa çevirən bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. Layihənin mobil rabitə dəstəyi də Bakcell şirkəti tərəfindən təmin edilir.

Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayan Bakcell şirkəti, uşaqlara sevinc bəxş etmək və onlara qayğı və diqqətini göstərmək üçün vaxtaşırı “ASAN Məktub” layihəsinə dəstək göstərir.

 

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Sizin Reklam Yeriniz