Bekhem qızı ilə birlikdə London küçələrində
Məşhur futbolçu Devid Bekhem bütün gününü qızı ilə birlikdə
keçirib. Movqe.Az-ın məlumatına görə,
futbolçu qızı ilə birlikdə London küçələrində görüntülənib. Devid
Bekhem Viktoria Bekhemdan olan qızı Harperlə əyləncəli dəqiqələr
keçirib. Yaraşıqlı futbolçu Londonda bütün günü sevimli qızını
gəzdirib. "Paris Saint Germain" oyunçusu Bekhem 20 aylıq qızı
Harperlə Kensinqtonda gəzərkən Bekhem rahat geyimi ilə olduqca
yaraşıqlı görünürdu. 37 yaşındakı Bekhem, gəzməkdən yorulan kiçik
qızını tez-tez qucağına alırdı.