Məşhur türkiyəli müğənni Tuba Xocalıdan yazdı: "Azərbaycanəsilli ailənin qızıyam"
Türkiyəli müğənni Tuba Ekinci Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
Movqe.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı sosial şəbəkədə Xocalı qətliamı ilə bağlı məlumat paylaşaraq əslən azərbaycanlı olduğunu yazıb:
"Mən də azəriəsilli ailənin qızıyam. Azərbaycan qardaş ölkədir. Onların yası bizim yasımızdır".