Əlaqə Arxiv
news Image
2018.05.01
17:49
| A A A
Tanınmış müğənni evində ölü halda tapıldı - 2 gün imiş - FOTO

Tanınmış musiqiçi Qalip Kayıhan İstanbulun Yeşilköy rayonunda yalnız yaşadığı evində ölü tapılıb. 

Movqe.az milli.az-a istinadən xəbər verir ki, çox məşhur müğənninin mahnılarında imzası olan 66 yaşlı musiqiçinin ölüm xəbərini müğənni Onur Akay bu sözlərlə verib:

"Dəyərli musiqiçi Qalip Kayıhanı dünən yalnız yaşadığı Yeşilköydəki evində keçirdiyi infarkt nəticəsində itirdik. İki gündür ondan heç bir xəbər ala bilməyən oğlu və yaxınları dəyərli musiqiçi dostumuzun vəfat etdiyini evə daxil olanda biliblər".

 

Qeyd edək ki, Qalip Kayıhan peşəkar karyerası dövründə Edip Akbayram, "Dostlar", Cem Karaca Derviş və "Marşandiz" qrupları ilə çalışıb. Məşhur "Dastan" qrupunu da yaradan Kayıhan öz rok albomunu yeni bitirmişdi. Ebru Gündeş, Burcu Güneş, Ciguli, Ziynet Sali kimi məşhur müğənnilərlə çalışıb.

Sizin Reklam Yeriniz