Əlaqə Arxiv
news Image
2018.05.02
11:21
| A A A
"Basıb gözünü çıxarmalıdır" - Rəqsanə qızı ilə baş həkimin qalmaqalı haqda

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın qızı Aysunla 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyeva arasında qalmaqal yaşanıb.

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, Aysun uşaq evinə gələn ərzaqların və bezlərin baş həkim tərəfindən öz evinə aparılmasının yer aldığı videolar paylaşıb.

Rəqsanə qızının paylaşımına münasibət bildirərək, ona dəstək olub:

"Mətbuatda qızım Aysunun körpələr evi ilə bağlı çəkdiyi və paylaşdığı görüntülərdən danışılır. Övladımın etdiyi bu hərəkət alqışlanmalıdır. Yetimin haqqı yeyilir, Azərbaycan gəncləri belə olmalıdır, haram yeyənlərin basıb gözünü çıxarmalıdırlar. O ki qaldı kiminsə övladımı məhkəmə ilə hədələməsinə, qızımın yanındayam. O insanlara demək istəyirəm ki, hələ o nə videodur... Haqsızlıqlarınızın yer aldığı nə videolar var əlimizdə. Cavab verin, niyə daşıyıb aparırsınız? Gec-tez burnunuzdan gələcək. Övladıma kimin sözü varsa, məni yığsın".

Qeyd edək ki, baş həkim Aysunu məhkəməyə verməklə hədələyib.

Sizin Reklam Yeriniz