Əlaqə Arxiv
news Image
2018.05.09
09:16
| A A A
Avroviziya-2018" müsabiqəsinin ilk finalçıları məlum olub

Portuqaliyanın paytaxtı Lissabonda "Altis Arena"da "Avroviziya-2018" beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçirilib.

Movqe.az-ın məlumatına görə, Azərbaycanı təmsil edən Aysel Məmmədova (AISEL) müsabiqədə ilk çıxış edib. "X my heart" adlı müsabiqə mahnısını yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıblar.

İlk yarımfinalda çıxışların ardıcıllığı: Azərbaycan, İslandiya, Albaniya, Belçika, Çexiya, Litva, İsrail, Belarus, Estoniya, Bolqarıstan, Makedoniya, Xorvatiya, Avstriya, Yuyanıstan, Finlandiya, Ermənistan, İsveçrə, İrlandiya, Kipr.

Finala vəsiqə qazandılar: Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiya.

Qeyd edək ki, Portuqaliya "Avroviziya-2018" mahnı müsabiqəsinə ev sahibliyi etmək hüququnu Kiyevdə keçirilən "Avroviziya-2017"də qalib gələrək əldə edib.

Müsabiqədə 43 ölkə iştirak edir. Onlardan 37-si yarımfinallarda mübarizə aparacaq. İkinci yarımfinal mayın 10-u, final isə mayın 12-si baş tutacaq.

Sizin Reklam Yeriniz