Əlaqə Arxiv
news Image
2018.06.25
12:22
| A A A
"Bu görüntülərin yayılmasına məyus oldum" - Tunar

Ötən həftə toyu olan müğənni Tunar Rəhmanoğlu həyat yoldaşı ilə videosunu paylaşıb.

Movqe.az axşam.az-a istinadən bildirir ki, sənətçi toy görüntülərinin yayılmasını istəmədiyini bildirib:

"Bir çox insan kimi mən də şəxsi həyatımın gündəm olmasını, danışılmasını istəmirəm. Çalışdığım qədər buna şərait yaratmamışam. 25 ildir sizinləyəm, xoş günlərimi bölüşdüm. Mənim xeyir işim də bir göz qırpımında yayıldı, gündəm oldu. Buna məyus olsam da, istəməsəm də, gözəl rəylərinizə, mənimlə gözəl günümə sevindiyinizi görüb sevindim".

 

Qeyd edək ki, Tunar Ülviyyə adlı xanımla ailə qurub. Sənətçi daha sonra görüntünü İnstaqram səhifəsindən silib.

Sizin Reklam Yeriniz