Natavan Həbibi onu xoşbəxt edən səbəbdən danışdı ...
Movqe.az xəbər verir ki, xarici görkəminə daim diqqət yetirən
tanınmış estrada ulduzu Natavan
Həbibi bu dəfə saçlarından danışdı. Gözəl
görünüşünə yaraşıq qatan saçlarına xüsusi qulluq etdiyini dilə
gətirən Nata onlara sevgi ilə yanaşdığını oxucularımızla bölüşdü:
"Mən saçlarımı sevirəm. Düzdür, tez-tez rəng dəyişikliyi etsəm də,
onlara lazımınca qulluq edirəm. Ən çox da ona görə xoşbəxtəm
ki, saçlarım itaətlidir. Səhnə insanı olduğumdan bəzən mürəkkəb
düzümlərə ehtiyac yaranır. Onlar yenə də dözüm
gətirirlər. Əhvalıma müsbət gətirən saçlarımla öyündüyümü yaza
bilərsiniz".