Nazpəri fəlsəfə doktoru oldu
Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru olub.
Movqe.az-ın məlumatına görə, bu haqda müğənni özü xəbər verib. O, müdafiəsinin təsdiqləndiyi kağızı paylaşaraq bunları qeyd edib:
"Məni səmimi qəlblə sevənlərim bu uğuruma sevinir. Uğurlarım sizin sevginizdən yaranır. Sevgidən doğulmuş sənət və ya əbədiyyatı yaradan nəfəs".