Mövqe.az-ın məlumatına görə, həmkarının
"Facebook" profilində yazdığı statuslara əsəbiləşən Aygün xanım
Brilliant Dadaşovaya cavab verib.
Xalq artisti "ATV" telekanalında yayımlanan "Onlar" verilişinə
açıqlamasında Türkiyə şou-biznesinə ilk dəfə özünün qatılması ilə
bağlı maraqlı faktlar ortaya çıxarıb.
Brilliant Dadaşovanın "Nümunə ola bilmək çox yaxşıdır. Nə yaxşı ki, məndən sonra müğənnilər mahnılarını Türkiyədə yazdırır" sözlərini Aygün Kazımova belə cavablandırıb:
"Çox təəssüf. Söhbət Brilliant xanımın Röya və mənim haqda
yazdığı statuslardan gedir.
Brilliant xanım, Amerikadakı "Apple" mükafatının aqibəti necə oldu?
Amerikada görəcəyim işlərlə bağlı xəbərlər yayıldı. Ardından
Brilliant xanımın Nyu-Yorkda hansısa ödül mərasiminə qatılacağı
deyildi. Nə oldu, niyə qatılmadı? Alınmadı? Dünya dağıldı?
Brilliant xanım, sizə çox minnətdaram ki, sonunda öz üzünüzü
göstərdiniz. O insan mənə qarşı heç nə etməyib. Amma mən ona qarşı
həmişə yüz addım getmişəm. Siz söylədiniz ki, on beş ildir
örnəksiniz, bizi, sizdən də artıq sözünü demiş sənətçiləri
arxanızca aparırsınız. Bu söz mənə təsir etdi, sənətimə heç kəs
toxuna bilməz. Kim ilkləri edib, ilk dəfə Türkiyə şou-biznesinə kim
qatılıb sübutlarım var. Bunları tarix danışır.
Kütləni arxasınca aparan insanlar çox nadirdir. Brilliant xanım,
təəssüflər olsun ki, siz toyxana səhnəsinə aparan sənətçisiniz.
Böyük səhnələr, şoular, özünüz dediyiniz kimi sizə aid deyil. Siz
arxanızca kütlə aparan müğənni deyilsiniz. Allah sizi belə
doğurmayıb. Kütləni mən arxamca aparıram".