Əlaqə Arxiv
news Image
2013.05.02
17:37
| A A A
Petek Dinçöz sevdiyinin adını əlinə yazdıracaq

Mövqe.az türk mətbuatına əsasən məlumat verir ki, Türkiyənin sevilən sənətçisi Petek Dinçöz şəxsi həyatından söz açıb. Telekanalların birində açıqlama verən Petek uğursuz evliliyindən sonra yenidən sevib-sevilmək istədiyini dilə gətirib: "Həyatımda uğursuz evliliyin olmasına baxmayaraq, yenidən aşiq olmaq istəyirəm. Əgər kimisə sevməli olsam həmin şəxsin adını əlimin üzərinə yazdıracam".

Müğənni azərbaycanlı bəylə də ailə qurmağa hazır olduğunu da çəkinmədən etiraf edib: "Ola bilsin ki, mən də bəzi həmkarlarım kimi azəri oğlanına aşiq olaraq ərə gedim".

Qeyd edək ki, ifaçı Petek Dinçözün boşanmasına səbəb anasının keçmiş əri Can Tanrıyarla eşq macərası yaşaması olub.

Sizin Reklam Yeriniz