Əlaqə Arxiv
news Image
2019.03.12
14:15
| A A A
Anası Kamil Zeynallının həbsindən danışdı

İdmançı Kamil Zeynallının anası Sahilə Zeynallı oğlunun polis tərəfindən saxlanılaraq Nərimanov Rayon Məhkəməsinə aparılmasından danışıb.

Movqe.az-ın məlumatına görə, lent.az-a açıqlama verən S.Zeynallı bildirib ki, K.Zeynalının həbs olunma xəbəri düzdür: 
“Kamil instaqramda bir lazımsız paylaşıma görə bir neçə sutka dövlətin qanunu qarşısında cavab verəcək”.

Qeyd edək ki, Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib. O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib. İdmançının həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir.

Sizin Reklam Yeriniz