Türkiyə kino tarixinin ən çox
izlənilən filmi olan "Fetih 1453" bədii filmi
yeni yayım dönəmində
"Fetihden
Sonra" adlı
serialı ilə gəlir... Movqe.Az Türkiyə
mətbuatına istinadən xəbər verir ki, İstanbulun fəthindən bəhs edən
Fərrux Aksoy imzalı "Fetih 1453" filmi hələ yayımlanmamış
səs-küyə səbəb olmuşdu. Təkcə anonsu 24 saat ərzində 1 milyon 670
min adam tərəfindən izlənilən və fevralın 16-da tamaşaçıların
ixtiyarına veriləndən sonra da qazandığı büdcəsiylə kinoteatrlarda
izdiham yaratmışdı. Xarici ölkələrdə də böyük maraqla izlənilən
film, Türkiyədə 10 həftədə 6 milyon 448 min 663 adam tərəfindən
izlənildi və cəmi 55 milyon 87 min 998 TL gəlirə sahib çıxdı.
Filmin həm prodüserliyini, həm də rejissorluğunu öhdəliyinə götürən
F.Aksoy və böyük qardaşı Fatih Aksoy bu günlərdə filmin "Fetihden
Sonra" adlı serialının üzərində çalışırlar.
Ümumiyyətlə, 3 ildə tamamlanan filmin serial versiyasının rejissorluğunu yenə Fərrux Aksoy üzərinə götürüb. "Fetihdən Sonra" serialı yeni yayım dövründə "Show TV"də ekrana gələcək.160 dəqiqəlik film, 4 hissəli olacaq və 5-ci hissədən etibarən də çəkilən yeni hissələr ekrana gələcək. Fateh Sultan Məhməti yenə İnqilab Evinin canlandıracağı serialda, filmin finalında həyatda qalan Dilək Sərbəst, Şahika Koldəmirin də aralarında olduğu sənətçilər serialda da rol alacaqlar.
Qeyd edək ki, büdcəsinin 17 milyon dollar olduğu gündəmə gələn filmin keçən aylarda "Show TV"yə 2 milyon TL-yə satıldığı bildirilib.
Fuad Mədətov
Movqe.Az