Əlaqə Arxiv
news Image
2013.05.08
19:41
| A A A
Qızının baxıcısına da xüsusi diqqət edir

Beyons, qızı Blu Ayvinin baxıcısı üçün ildə 630.000 funt xərcləsə də, onun normal bir həyat yaşamasını istədiyini söyləyib. Movqe.Az-ın məlumatına görə, hər nə qədər Beyons, dünyanın ən məşhur analarından biri olsa da, qızı üçün hər bir ana kimi normal bir həyat planlaşdırır. ABC kanalında "Good Morning America" proqramında danışan Beyons, qızı haqqındakı bütün planlarını izah edib. ''Çox qoruyucu bir anayam, sağlam və etibarlı bir həyatı olduğundan əmin olmaq üçün əlimdən gələni edirəm. Qızım həyatımda ilk yerdədir" deyən məşhur müğənni sözlərinə belə davam edib: "Həyat artıq çox fərqlidir, mən çox şanslıyam ki hələ nə istəsəm, nəyi sevsəm onu düzəldib ona görə davrana bilirəm.'' Bir çox körpədən fərqli olan Blu Ayvi, doğulan zaman belə xəstəxananın xüsusi VIP otağında dünyaya gəlib. Hələ 16 aylıq olan gözəl körpə, doğulduğu andan etibarən anası Beyons və atası Cey-Zi ilə bütün dünyanı gəzir.

Sizin Reklam Yeriniz