Əlaqə Arxiv
news Image
2019.05.01
16:56
| A A A
“Qadının kişi kimi olmağı xoşuma gəlmir” - Nigar Camal

“Eurovision 2011” qalibi Nigar Camal “Dalğa” TV-də yayımlanan “Gün ortası Zümrüdlə” proqramının qonağı olub.

Axşam.az xəbər verir ki, o, veriliş zamanı kişi və qadın hüquqlarınının bərabərliyindən söz açıb.

Müğənni söyləyib ki, hər iki cinsin eynihüquqlu olmasını qəbul etmir:

“Son zaman eynihüquqlu olmaqdan söz düşür. Düşünürəm ki, bu, ailədə belə olmalı deyil. Kişi daha üstün olmalıdır. Eynihüquqlu olmaq, qadının da kişi kimi olması deməkdir, bu, mənim xoşuma gəlmir”.

Qeyd edək ki, bir müddət öncə Əməkdar artist Röya Ayxan da kişinin qadından daha üstün olmasını dəstəklədiyini demişdi.

Sizin Reklam Yeriniz