Əlaqə Arxiv
news Image
2019.05.02
15:28
| A A A
Faytonçu Nazim ona xərçəng kabusu yaşadan həkimi bağışladı?

Bir zamanlar Bakıdakı klinikaların birində xərçəng kabusu yaşamağa məcbur edilən, xeyli maddi və mənəvi ziyanla üzləşmiş Faytonçu Nazim Movqe.az-ın əməkdaşıyla söhbəti zamanı səhhətinin hazırda yaxşı olduğunu bildirib. "Sizə bu əzabları yaşadan həkimin aqibəti necə oldu?" sualını cavablandıran müğənni bildirib ki, dəymiş maddi ziyanın müəyyən məbləğini ödəmiş həkimi bəzi humanizm prinsiplərə söykənərək bağışlayıb. Özünü yaxşı hiss edən, səhhətindən heç bir şikayəti olmayan Nazim bildirib ki, əksər müsəlmanlar kimi qarşıdan gələn ayların sultanı Ramazan ayına hazırlaşır, qismət olsa, oruc tutacaq.

Elnurə

Sizin Reklam Yeriniz