Əlaqə Arxiv
news Image
2019.05.04
20:56
| A A A
Mətanət Əsədova yasda muğam oxudu

Müğənni Mətanət Əsədovanın yas mərasimlərinin birindən videosu yayılıb.

Axşam.az xəbər verir ki, “5/5” verilişində nümayiş etdirilən kadrlarda onun məclisdə muğam oxuması yer alıb.

Proqramın qonağı olan sənətçi bu görüntülər nümayiş etdiriləndən sonra əsəb keçirib və videonu yarımçıq saxlatdırıb. Əsədova videoda baş verənləri belə izah edib:

“Bu görüntülər dayımın arvadının yasındandır. Oradan çıxırdım, qızı məni buraxmadı. Onsuz analar barədə oxuyanda çox pis oluram. Mən ana xəstəsiyəm. Dayımın qızı dedi ki, ağı de. Mən də dedim ki, ancaq muğam deyə bilərəm. Öz qohumlarımın başıboşluğundan video yayılıb. Orda olanlardan biri çəkib, qonşuya göndərib. O da bunu yayıb. İndi həmin adam utanıb, yerə girsin”.

Qeyd edək ki, bir neçə ay öncə müğənninin içki süfrəsində videosu yayılmışdı və qalmaqala səbəb olmuşdu.

Sizin Reklam Yeriniz