Əlaqə Arxiv
news Image
2019.05.05
09:32
| A A A
"Milyonçu olanda, beşinci uşağı da dünyaya gətirəcəm" - Elnarə

Müğənni Elnarə Xəlilova beşinci dəfə ana olma istəyindən bəhs edib. 

Movqe.az Axşam.az-a istinadən bildirir ki, sənətçi rejissor Nail Naiboğlunun "21 sual" layihəsində bunla bağlı sualları cavablandırıb. 

Dörd övladı olan Elnarə "Beşinci uşağı nə vaxt dünyaya gətirirsən" sualına belə cavab verib:

"Çıxdın beşə, vur 15-ə. Nə vaxt görsəniz Elnarə beşinci uşağı dünyaya gətirib, bilin ki, milyonçu olmuşam. Yalnız o halda beşinci uşağı dünyaya gətirərəm. Milyoner olsam, düşünərəm. Bilim ki, tam təmin ediliblər. Bilim ki, hərəsinin ayrı aşpazı, sürücüsü, dayəsi var.Hələ bu qədər uşaq bəsdir".

Qeyd edək ki, Elnarənin üç oğul, bir qız övladı var. 

Sizin Reklam Yeriniz