Əlaqə Arxiv
news Image
2012.05.04
12:44
| A A A
İlhamə Quliyevanın yeni duet ortağı məlum oldu – FOTOİlhamə Quliyeva
O, xalq artisti ilə ifa edəcəkləri mahnının musiqi müəllifidir

Türk dünyasının sənət kraliçası, xalq artisti İlhamə Quliyeva yeni duet ortağı bəstəkar-müğənnidir. Movqe.Az xəbər portalının məlumatına görə, xalq artistinin yeni duet ortağı ifa edəcəkləri mahnının musiqi müəllifi Ramal İsrafilovdur.

R.İsrafilovun Movqe.Az-a bildirdiyinə görə, xalq artisti İ.Quliyeva ilə musiqisi özünə, sözləri isə Alovlu Ülviyəyə məxsus olan "Həddiyən olaram" adlı mahnını ifa edəcəklər.

Bəstəkar-müğənni yeni işıq üzü görəcək musiqi albomu haqqında da danışdı: "Tezliklə 2 diskdən ibarət albomum işıq üzü görəcək. Diskin birində özümün ifa etdiyim, ikinci diskdə isə mp3 format olan mahnılar daxil ediləcək. Həmin ikinci diskdə əsasən müğənnilərimizin ifa etdikləri bəstələdiyim mahnılar olacaq. Albomda xalq mahnısı da, bəstəkar mahnıları da olacaq. Amma daha çox öz bsətələrim yer alacaq", R.İsrafilov dedi.

Fuad Mədətov

Movqe.Az



Sizin Reklam Yeriniz