Əlaqə Arxiv
news Image
2019.05.15
20:33
| A A A
“Övladım atasının yoxluğuna öyrəşib” - Günay əri haqda

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva “Kanal D”də yayımlanan “İkinci sayfa” proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, o, eks-əri, aktyor Tolqa Karelin 5 ildir aliment ödəmədiyini deyib.

“İki aylıq aliment ödədi, ondan sonra isə göndərmədi. Beş il içərisində cəmi min lirə (280 azn) ödəyib. Əvvəllər pedaqoqlar oğlumun atasını görməyini istəyirdi, bir müddət göstərdik, indi isə yoxluğuna öyrəşib. Beş ildə atasını çox az görüb. Oğlum Cahangirin həm atası, həm də anası olmuşam. Bəlkə ad günündə oğluma zəng edər deyə, düşünürdüm. Onu da etmədi. İnstaqramdan izləyir. Mən də oğlumla bağlı paylaşımlar etmirəm. Tolqanın valideynləri də bizi axtarmadı. Oğlumu tək böyüdürəm. Pis günlər yaşadıq, ancaq indi hər şey çox yaxşıdır. Atası haqda oğlumun yanında heç bir neqativ söhbətin getməsinə icazə vermirəm. Böyüyəndə görüşər ya yox, onu bilmirəm”.

Qeyd edək ki, cütlük 2011-ci ildə evlənib, daha sonra qalmaqallı şəkildə boşanıb.

Sizin Reklam Yeriniz