Əlaqə Arxiv
news Image
2013.05.13
16:20
| A A A
Bredin ailəsi Ancelina Colini istəmir

Bred Pitin qardaşı Cennifer Anistonun gözəl açıqlamalarına  cavab verərkən  Ancelina Coli haqqında danışmaq istəməyib.


Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, böyük bir sevgiylə evləndiyi Bred Pitdən 2005-ci ildə boşanan Cennifer Aniston, bu evlilikdən ona qalan yalnız Bred Pitin ailəsi olduğunu bildirib. Anistonun açıqlamalarına cavab verən Bred Pitin qardaşı  Ancelina Coli haqqında danışmaq istəməyib. 


Aniston, "Bredlə yollarımızın ayrılmağından çox illər keçib. Artıq aramızdakı yeganə əlaqə Bredin ailəsidir. Bred hayatımdan çıxsa da onlar həmişə mənimlə birlikdə olacaqlar" -deyə, bildirib. Bu açıqlamanın ardınca Bred Pitin iş adamı olan qardaşı Doug Pit də bir Avstraliya radiosuna bənzər şərhlər edib. Anistonu bacısı kimi  sevdiyini bildirən Pit, "Cennifer daxili də, xarici də çox gözəl olan bir insandır. Onunla aramızda çox güclü bir könül bağı var" deyib. Məşhur iş adamı Bred Pitin həyat yoldaşı  Ancelina Coli haqqında soruşulan suallara  isə, cavab vermək istəməyib.


Sizin Reklam Yeriniz